Skip to content

Categories:

AİF-in toplantısında Milli İnternet ünvanların – .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edilib.

Azərbaycan İnternet  Forumunun növbəti toplantısı keçirilib. Toplantıda  Milli İnternet ünvanların – .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə  bağlı məsələ müzakirə edilib.
AİF prezidenti Osman Gündüz ölkədə Milli internet ünvanların qeydiyyatı və istifadəsi ilə bağlı vəziyyət  haqqında  təqdimatla  çıxış edib. O, .az domeninin qeydiyyatı sahəsində ciddi problemlərin olduğunu bildirib.
Xüsusilə domenlərin qeydiyyatı ilə  bağlı qanunvericilikdə nəzərdə tutulduğu qaydada infrastrukturun indiyədək formalaşmamağı ciddi qüsur kimi qiymətləndirilib. O, əlaqədar qurumların iştirakı ilə müvafiq  qurumun  yaradılmamağı və Qeydiyyatla  bağlı Qaydaların olmamağını nəinki qanuna əməl olunmaması , həmçinin İKT-ni prioritet elan edən ölkənin imicinə ciddi zərbə vurduğunu bildirib. RİTN tərəfindən qeydiyyat prosesi ilə bağlı atılan qeyri-qanuni addımlar, qeydiyyat prosesinə qeyri-qanuni müdaxilələr, əlaqədar qurumlarla razılaşdırmadan milli inzibatçının səlahiyyətinin təsdiq edilməsi ilə  bağlı RİTN tərəfindən İCANN a ünvanlanan qeyri-qanuni məktub pislənilib. RİTN-nin qeyri-qanuni müdaxiləsi nəticəsində domen adlarının qeydiyyatında korrupsiya və bürokratiya üçün zəmin yarandığı bildirilib.

Toplantıda Qeydiyyat sahəsində sərbəst və azad rəqabət mühitinin , qeydiyyatlıların seçim meyarlarının və şəffaflığın olmadığı, inhisarçılığın mövcud olduğu, Online sisteminin yaradılmadığı  qeyd edilib.

Toplantıda AİF üzvləri Nazim Rüstəmov, Firidun Əhmədov, Vahid Qasımov, Ələsgər Məmmədli, hazırda İCANN tərəfindən qeydiyyatla bağlı milli inzibatçı kimi səlahiyyəti təsdiqlənən İNTRANS  şirkətinin prezidenti Faiq Fərmanov, AMEA İTİ-nin nümayəndəsi Rəna Qasımova və  başqaları çıxış ediblər.

Çıxış edənlər qanuna və beynəlxalq normalara uyğun olaraq  Qeydiyyat prosesinin   qurulmasının, Qaydaların hazırlanmasının, bir daha bununla  bağlı RİTN -ə və əgər bir  nəticə əldə edilməzsə ölkə prezidentinə müraciətlərin vacibliyi bildirilib. Həmçinin milli internet ünvanların qeydiyyatının legitimləşdirilməsi ilə  bağlı qanunvericilikdə nəzərdə tutulan addımların atılmasının davam etdirilməsi,  məhkəməyə müraciət  edilməsi məsələsinin də nəzərdə tutulması vacib hesab edilib.

Cari ildə .az domeninin qeydiyyatında  qanuna uyğun şəraitin yaradılması və həmçinin ölkədə İnternetin keyfiyyətinin yaxşılaşdırılması məsələlərinin AİF üçün prioritet olacağı qeyd edilib.

Toplantıda 9 fevral Beynəlxalq Təhlükəsiz İnternet günü ilə  bağlı müzakirələr də aparılıb. Bu il dünyada uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetiriləcəyi qeyd edilib. Hazırda Təhsil nazirliyi sistemində uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi sahəsində müəyyən işlərin görüldüyü, çeşidləmə sisteminin yaradıldığı vurğulanıb. Bu işlərə dəstək məqsədilə AİF və bir  sılra digər qurumlar tərəfindən dəstəklənən Uşaqların təhlükəsizliyi ilə  bağlı www.netsafe.az Layihəsinin uğurlu alınması üçün zəruri addımlar müzakirə edilib.

AİF

Posted in Fəaliyyət.


One Response

Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.

  1. Elmar says

    Salam
    Məlumati oxuduqca Azərbaycanda internet sahəsində nə qədər problemlərin və inhisarçiligin oldugunu fikirləşirəm.
    Əsasəndə internet provayderlərinin yuksək gəlir naminə öz abunəçilərini aldatmagi çox pis haldir. Müqaviləyə əsasən guya 1 Mbit internet alan abunəçi əslində heç 600-700 Kbit belə almir. Bir istifadəçi və vətəndaş kimi sizdən bu məsələləri tez-tez aidiyyati qurumlarin qaşisinda qaldirmanizi xahiş edirəm.
    Hörmətlə Elmar..



Some HTML is OK

or, reply to this post via trackback.