Azərbaycan İnternet Forumu İdarə Heyətinin Məlumatı. Bu gün Azərbaycan İnternet Forumu İdarə Heyətinin növbəti yığıncağı keçirilib. AİF ictimai birliyinin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi haqqında və Rabitə Nazirliyi tərəfindən internet istifadəçilər üçün tətbiq edilən administrativ-texnoloji senzuranın aradan qaldırılması istiqamətində aparılan işlər haqqında məlumatlar nəzərə alınıb. AİF-in rekvizitləri təsdiq edilib.Yeni üzvlər qəbul edilibİdarə Heyətinin yığıncağında AİF-in aşağıdakı istiqamətlər üzrə İşçi Qruplarının yaradılması qərara alınıb. – İnternet və hüquq. İnternetin tənzimlənməsi məsələləri. – Milli internet resurslarının inkişafı. -Media və ictimaiyyətlə əlaqə, beynəlxalq əlaqələr. -İnternet texnologiyaların inkişafı . -Virtual ictimaiyyət və s,
Yığıncaqda Provayder və istifadəçi münasibətlərinin sivil normalara uyğun qurulması ətrafında müzakirələr aparılıb. Rabitə Nazirliyi tərəfindən qəbul edilən «İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları» adlı sənəd ətrafında fikir mübadiləsi aparılıb. Sənədin AR qanunvericiliyinə uyğunluğu məsləsinin araşdırılaraq müvafiq rəy hazırlanması İşçi Qrupuna tapşırılıb. Eyni zamanda «İnternet xidmətindən istifadə Qaydaları»nın yeni Layihəsinin də hazırlanması üzrə Qrup yaradılıb.
Yığıncaqda, son dövrlərdə İnternet bazarının bir sıra subyektləri tərəfindən «Unlimited ( limitsiz)» internet xidməti üzrə qiymətlərin məhdudlaşdırılması ( minimal hədd müəyyənləşdirilməsi) ətrafındakı məlumatlara münasibət bildirib. Bununla bağlı rəsmi informasiya daxil olduqdan sonra rəsmi mövqe hazırlanması haqda razılıq əldə olunub. Prinsip kimi qəbul edilib ki, İnternet istifadəçilərin hüquqlarının tapdanmasına,bazar subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olacaq hər hansı bir saziş yolverilməzdir.
AİF İdarə Heyəti
Tel : 98-72-56
Email : info@cit.az