22. 05. 2009
Press-relizAzərbaycan İnternet Forumunun
MəlumatıAzərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət edib.
Müraciətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ləğv edilməsi və onun əsasında beynəlxalq təcrübəyə müvafiq olaraq İKT sektorunda dövlət idarəetməsi və tənzimləmə funksiyalarını həyata keçirən qurumların yaradılması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Təkliflər öz əksini tapıb. Müraciətdə ölkəmizin mövcud potensialının İKT sektorunda daha ciddi uğurlar əldə etməyə imkan verəcəyi qeyd edilib. Son dövrlərdə ölkədə İKT sektorunda müəyyən irəliləyişlər əldə edilsə də daha ciddi uğurların qarşısını alan əsas səbəb kimi, RİTN-nin hədsiz səlahiyyətlərə malik olması qeyd edilib. RİTN-nin ölkənin İKT sektorunda eyni anda 3 funksiyanı – dövlət idarəetməsi, tənzimləmə və kommersiya funksiyalarını icra etməsinin ciddi problemlər yaratdığı vurğulanıb. Belə ki, son dövrlərdə ölkənin İKT sektorunda sərbəst və azad rəqabətin çətinliklə formalaşdığı, operatorlar arasında münasibətlərin gərginləşdiyi, İKT sektorunda əldə olunan gəlirin böyük hissəsini formalaşdıran özəl sektorun dövlət qurumları tərəfindən haqsız rəqabətlə üzləşdiyi bildirilib.
Müraciətdə ölkədə İKT üzrə xidmətlərin bahalığı və keyfiyyətinin yetərli olmamasının, RİTN-nin idarəetməsində və nəzarətində olan iri kommersiya layihələrinin effektivsizliyinin, nömrə resurslarının, tezliklərin və domen adlarının qeydiyyatı və bölüşdürülməsindəki ciddi problemlərin də əslində qüsurlu tənzimləmə siyasəti ilə bağlı olduğu vurğulanıb.
Müraciətdə beynəlxalq təcrübəyə əsaslanaraq İKT sektorunda müstəqil dövlət tənzimləyici qurumun- Milli Telekommunikasiya Şurasının yaradılmasının daha ciddi uğurlara əsas olacağı qeyd edilib. Tənzimləyici qurumun üzvlərinin Prezident tərəfindən irəli sürülməsi və Milli Məclis tərəfindən təsdiq edilməsinin, kommersiya ilə məşğul olmamasının, müstəqil olmasının vacibliyi qeyd edilib. Müraciətdə İKT sektorunda tənzimləmə ilə bağlı bütün funksiyaların (lisenziyaların verilməsi, tezliklərin ayrılması, nömrə resursunun bölüşdürülməsi, telekommunikasiya bazarında sağlam rəqabətin təmin edilməsi, operatorların öz aralarında və onların istifadəçilərlə münasibətlərin tənzimlənməsi və s) yaradılması təklif olunan quruma verilməsi nəzərdə tutulub.AİF
Tel : 492-44-44
Veb: www.cit.az
Email: info@cit.az This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Arxiv
- April 2010 (3)
- March 2010 (1)
- February 2010 (2)
- December 2009 (2)
- November 2009 (2)
- September 2009 (2)
- July 2009 (1)
- May 2009 (1)
- February 2009 (3)
- January 2009 (4)
- December 2008 (8)
- November 2008 (5)
- October 2008 (1)
- September 2008 (2)
- August 2008 (3)
- May 2008 (1)
- April 2008 (1)
- March 2008 (5)
- February 2008 (1)
- December 2007 (2)
- August 2007 (1)
- April 2007 (2)
- January 2007 (1)
- December 2005 (2)
- September 2005 (1)
- January 2005 (1)
- August 2003 (1)
- June 2003 (1)
- May 2003 (1)
- October 2002 (2)
- September 2002 (1)
- July 2002 (1)
- June 2002 (1)
- May 2002 (2)
- April 2002 (2)