Skip to content

Categories:

Azərbaycan İnternet Forumu ictimai birliyinin təsis yığıncağı keçirilib.

AİF-in qurulması ideyasının əsasında Azərbaycan İnterntinin ümumi problemləri ətrafınla internet bazarının ayrı-ayrı subyektlərinin monopol və bazar maraqlarından kənar  müzakirələr aparmaq və ölkənin internet cəmiyyətinin inkişafına təkan vermək durur.    
Təsis protokolu imzalanmış və AİF-in Nizamnaməsi təsdiq edilmişdir. Forumun rəhbər orqanları seçilmişdir. 13 nəfərdən ibarət    İDARƏ HEYƏTİ  seçilib. “Multimedia” Mərkəzinin direktoru Osman Qunduzov AİF-in prezidenti, Mehman Xəlilov i( www.azeriforum.net  ) Forumun vitse prezidenti seçilib.  

 Nizamnaməyə görə Azərbaycan İnternet Seqmentində çalışan və fəaliyyət göstərən hər bir hüquqi və fiziki şəxs AİF-in üzvü  ola bilər.      AİF-in əsas məqsədi Azərbaycan İnternetinin  və  İnternet ictimaiyyətinin  ümumi problemlərini müəyyənləşdimək, Azərbaycan İnternet seqmentində özünütənzimləmə və ictimai tənzimləməni zəruri edən sahələri müəyyənləşdirmək, hüquqi-normativ bazanın hazırlanmasında iştirak etmək və İnternet şəbəkəsindən istifadə ilə bağlı ictimai normalar hazırlamaq , İstifadəçi – provayder, İnternet- dövlət ,provayder- dövlət münasibətlərinin sivil normalara uyğun qurulması üçün  səmərəli təkliflər hazırlamaq, ölkənin virtual və real fəzaları  arasında əlaqə yaratmaqdan ibarətdir. 

 

Forum bu məqsədlə ümumi maraqlar ətrafında müzakirələr, forumlar keçirəcək, ümumi maraqları ifadə edən tövsiyyə xarakterli qərarlar qəbul ediləcək.Qəbul edilmiş qərarların dövlət qurumlarına, müvafiq təşkilatlara və internet ictimaiyyətinə çatdırılması istiqamətində iş aparılacaq.

Posted in Fəaliyyət.


0 Responses

Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.



Some HTML is OK

or, reply to this post via trackback.