AİF-in növbəti yığıncağı keçirilib.Toplantıda Milli İnternet ünvanların ( Domenlərin ) qeydiyyatının beynəlxalq standartlara uyğunlaşdırılması ətrafında müzakirələr aparılıb.Toplantıda ötən illər ərzində Milli internet unvanların qeydiyyatı prosesinin beynəlxalq standartlara uygunlaşdırılması ilə baglı ölkənin İnternet ictimaiyyəti və bir sıra ictimai qurumlar tərəfindən müəyyən işlər aparıldıgı qeyd edilib. Beynəlxalq təşkilatların dəstəyi ilə bu istiqamətdə Multimedia Mərkəzi tərəfindən qeydiyyat prosesinin təkmilləşdirilməsi istiqamətində ciddi addımların atıldığı qeyd edilib. İKT sahəsində dövlət siyasətinin müəyyənləşməməsinin isə qeydiyyat prosesi sahəsində islahatların başa çatdırılmasına əngəl törətdiyi vurğulanıb.Toplantıda son dövrlərdə İKT-nin inkişafı üzrə Milli Kordinator Məleykə xanım Abbaszadənin və hazırda qeydiyyat prosesinə rəsmi cavabdeh olan AzCom-un birgə təşəbbüsü ilə yaradılmaqda olan Milli internet ünvanların qeydiyyatı prosesini həyata keçirəcək strukturlar ətrafında ciddi müzakirələr aparılıb. Qeyd olunanlar tərəfindən artıq bu istiqamətdə iki qurumun – İnfotex İctimai Birliyi və AzNİC MMC yaradıldığı və hətta qeydiyyatdan keçirildiyi elan edilib. İnfotex-in bir nümayəndəsinin AzNİC-də İnternet ictimaiyyətinin adından çıxış edəcəyi nəzərdə tutulub. Domenlə bağlı bütün proseduraların AzNİC-də həyata keçiriləcəyi, İCANN-a ( Qlobal Şəbəkədə Domenlə bağlı Baş tənzimləyici ) rəsmi qeydiyyatçı kimi AzNİC-in təqdim edilməsi nəzərdə tutulub. AzNİC-ə imkan daxilində İT sahəsində fəaliyyət göstərən başqa ictimai qurumların yaxın buraxılmaması nəzərdə tutulub.AİF-in toplantısında bütün baş verənlər beynəlxalq normaların və ölkə qanunvericiliyinin kobud şəkildə pozulması kimi dəyərləndirilib. Milli internet ünvanları sahəsində islahatların vacibliyi qeyd edilib. Bununla belə Beynəlxalq İnternet qurumlarının bu sahədəki prinsiplərini kobud şəkildə pozaraq , ölkənin internet ictimaiyyətinin maraqlarını nəzərə almadan süni surətdə yaradılan hansısa kommersiya və ictimai qurumların AzNet-in adından danışmaq səlahiyyətinin olmadığı bildirilib. AzCom tərəfindən prosesin legitimləşdirilməsi ilə bağlı qeyri-qanuni yol seçildiyi təəssüflə qeyd edilib.Toplantıda bir daha AİF-in milli internet ünvanların qeydiyyatı ilə baglı əvvəllər qəbul etdiyi və ictimaiyyətə təqdim edilmiş prinsiplərə əməl edilməsinin zəruriliyi vurğulanıb. Əslində mahiyyətcə qeydiyyat prosesində müsbət istiqamətdə heç bir dəyişikliyin olmayacağı qeyd edilib. İnfotex ictimai qurumunun dərhal dövlət qeydiyyatına alınması isə ictimai qurumlar arasında ayrı-seçkilik yaratmaq cəhdi və AzNet-ə dövlət məmurunun da iştirakı ilə yeni monopoliya cəhdi kimi dəyərləndirilib. Yığıncaqda problemlə bağlı xüsusi tədbirlər planı hazırlanıb və Bəyanat qəbul edilib.Problemin kifayət qədər ciddi olduğu əsas gətirilərək ən yaxın müddətdə ölkənin internet ictimaiyyətinin müxtəlif təbəqələrinin iştirakı ilə geniş tərkibdə müzakirənin keçirilməsi məqsədəuyğun hesab edilib.Bas verənlərlə bağlı İCANN , İANA və digər beynəlxalq internet qurumlarına müraciət qəbul edilib. Yığıncaqda təşkilat məsələsinə baxılıb. Rasim Bəxşi AİF-in vitse prezidenti seçilib.
Arxiv
- April 2010 (3)
- March 2010 (1)
- February 2010 (2)
- December 2009 (2)
- November 2009 (2)
- September 2009 (2)
- July 2009 (1)
- May 2009 (1)
- February 2009 (3)
- January 2009 (4)
- December 2008 (8)
- November 2008 (5)
- October 2008 (1)
- September 2008 (2)
- August 2008 (3)
- May 2008 (1)
- April 2008 (1)
- March 2008 (5)
- February 2008 (1)
- December 2007 (2)
- August 2007 (1)
- April 2007 (2)
- January 2007 (1)
- December 2005 (2)
- September 2005 (1)
- January 2005 (1)
- August 2003 (1)
- June 2003 (1)
- May 2003 (1)
- October 2002 (2)
- September 2002 (1)
- July 2002 (1)
- June 2002 (1)
- May 2002 (2)
- April 2002 (2)
0 Responses
Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.