Azərbaycan İnternet Forumunun növbəti yığıncağı keçirilib.
Yığıncaqda «İnternetin tənzimlənməsi » işçi qrupunun hazırladığı «İnternet xidmətlərindən istifadə normaları» haqqında sənəd ətrafında müzakirələr aparılıb. Rabitə Nazirliyi tərəfindən 2000-ci ildə qəbul edilən «İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları» adlı sənəd mövcud qanunvericiliyə zidd olduğundan belə bir Layihənin vacibliyi vurğulanıb.Müzakirələrdən sonra sənədin yenidən işlənərək növbəti iclasa çıxarmaq haqqında qərar qəbul edilib.
Yığıncaqda, son dövrlərdə DomenAz ətrafında gedən müzakirələrə münasibət bildirilib. DomenAz serverinin yalnız bütün növ təhlükəsizlik tədbirləri görüldükdən və onun mühafizəsinə tam təminat verildikdən sonra ölkəyə gətirilməsinin mümkünlüyü,eləcədə DomenAz-ın qeydiyyatı prosesində kollegiallığın və internet ictimaiyyətinin bütün təbəqələrinin maraqlarının nəzərə alınmasının vacibliyi prinsip kimi qəbul edilib.Forum beynəlxalq təcrübəni əsas tutaraq DomenAz-ın qeydiyyatının dövlət qurumu tərəfindən həyata keçirilməsini məqsədəuyğun hesab etməyib.
Toplantıda şəhərdə fəaliyyət göstərən əksər İnternet klublarda azərbaycan dilinin işlədilməsi və istifadəsi üçün heç bir normal şəraitin olmadığı vurğulanıb. İşçi qrupuna bununla bağlı tədbirlər hazırlamaq tapşırılıb.
«Əməliyyat-axtarış tədbirləri haqqında» Qanuna və «Rabitə haqqında» Qanuna edilən dəyişikliklər ətrafında müzakirələr aparılıb. Məsələni kifayət qədər araşdırdıqdan sonra müzakirəyə çıxarmaq haqqında razılıq əldə olunub.
AİF İdarə Heyəti
Tel : 98-72-56
Mobil: 8(50/55) 311 70 45
Veb: www.cit.az
Email: info@cit.az
Arxiv
- April 2010 (3)
- March 2010 (1)
- February 2010 (2)
- December 2009 (2)
- November 2009 (2)
- September 2009 (2)
- July 2009 (1)
- May 2009 (1)
- February 2009 (3)
- January 2009 (4)
- December 2008 (8)
- November 2008 (5)
- October 2008 (1)
- September 2008 (2)
- August 2008 (3)
- May 2008 (1)
- April 2008 (1)
- March 2008 (5)
- February 2008 (1)
- December 2007 (2)
- August 2007 (1)
- April 2007 (2)
- January 2007 (1)
- December 2005 (2)
- September 2005 (1)
- January 2005 (1)
- August 2003 (1)
- June 2003 (1)
- May 2003 (1)
- October 2002 (2)
- September 2002 (1)
- July 2002 (1)
- June 2002 (1)
- May 2002 (2)
- April 2002 (2)
0 Responses
Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.