AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Ötən gün AİF tərəfindən Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasova və Delta Telekom Şirkətinin rəhbəri Ramazan Vəliyevə müraciət göndərilib.
Müraciətdə internetin keyfiyyətsizliyi ilə bağlı səbəblərin aradan qaldırılması istiqamətində zəruri olan informasiyaların açıqlanmasına diqqət yönəldilib.
Belə ki, ATS –lərin resurslarından istifadə dən Provayerlərin hər bir ADSL müştərisinə görə ATS-lərə ödədikləri rüsumların açıqlanması, RİTN tərəfindən Tarif Şurasının xəbəri olmadan müəyyən olunan tariflərin açıqlanması, hər bir Provayderlərin ADSL müştərilərinin ayrılıqda sayı haqqında məlumatların , bazarda hökmran mövqe tutan və RİTN -ə tabe olan dövlət provayderlərinin gəlirlərinin və xərclərinin açıqlanması nazir
Əli Abbasovdan xahiş olunub.
Müraciətdə bir sıra hallarda RİTN tərəfindən internet xidmətinin göstərilməsi üçün müəyyən edilən bəzi tariflərin qonşu ölkələrlə müqayisədə 10 dəflərlə baha olması qeyd edilib.
Müraciətdə Delta Telekom şirkətinin internet bazarında hökmran mövqedə olması və bu səbəbdən də İnformasiya əldə edilməsi haqqında Qanuna görə ictimai informasiya sahibi olması qeyd edilib.
Delta Telekom şirkəti tərəfindən 2-ci səviyyəli Provayderlərə satılan internetin həcmi və sürəti ilə bağlı məlumatların hər bir Probvayder üzrə açıqlanması, şirkətin prezidenti Ramazan Vəliyevdən xahiş olunub.
AİF
4924444
info@cit.az
Bu lap biyabırçılıqdı. Mən Şamaxıda yaşayiram. ADSL le internetə qoşulmuşam, 256 kb. Amma heç 116 kb də ala bilmirəm. Hər hansı bir məlumatı Download ən yaxşı halada 25 kb olur. 1 mb qosulanlarda isə ən yaxsı halda 75 kb lə. ATS ə şikayət edəndə də deyirlər ki, Mən başa düşə bilmirəm ki, bunun bizə yəni istifadəçilərə nə dəxli var? Biz onlara internet haqqını yarımçıq veririk məyər?