Skip to content

Categories:

Milli İnternet ünvanların qeydiyyatındakı problemlərlə bağlı bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova müraciət edilib

AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların – .az domeninin qeydiyyatının tənzimlənməsindəki ciddi problemlər və onların aradan qaldırılması ilə  bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova  məktub ünvanlayıb.
Məktubda  milli internet ünvanların qeydiyyatı sahəsində uzun müddət dən bəri davam edən dözülməz vəziyyətə diqqət yönəldilib.  Müraciətdə  qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun yaradılmadığı, bu istiqamətdə səylərin göstərilmədiyi, tənzimləmə prosesində əlaqədar  qurumların iştirakının təmin edilmədiyi bildirilib. Bütün  bunların nəticəsində isə  ölkədə .az domeninin qeydiyyatı prosesində  ciddi  qüsurların olduğu, şəffaflığın təmin  edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına  yol  verildiyi, beynəlxalq normalara uyğun online  qeydiyyat sisteminin yaradılmadığı bildirilib.

Məktubda son dövrlərdə  bəzi  RİTN rəsmiləri  tərəfindən bir  sıra  domen  adlarının qeydiyyatına məhdudiyyətlər  qoyulması ilə  bağlı İNTRANS   şirkətinə ünvanlanan məktubun  da  vəziyyəti daha da  pisliyə doğru dəyişdirdiyi qeyd edilib.
Əlaqədar qurumların iştirakı təmin edilmədən RİTN-nin qeydiyyat prosesinə qeyri-qanuni  müdaxiləsinin bürokratiya və hətta korrupsiya üçün zəmin yaratdığı vurğulanıb.

Məktubda   milli internet ünvanların qeydiyyatının Telekommunikasiya haqqında  qanunda və beynəlxalq normalarda nəzərdə tutulduğu qaydada legitimləşdirilməsi istiqamətində addımlarım atılmasının vacibliyi qeyd edilib. Müraciətdə bu məsələnin internet ictimaiyyəti üçün kifayət qədər ciddi əhəmiyyət kəsb etməsi, problemin həlli  istiqamətdə artıq ictimai müzakirələrə başlanılması,  AİF üçün  bu problemin cari ildə prioritet olması vurğulanıb.

Müraciətdə tənzimləmə ilə  bağlı qanunvericilikdə nəzərdə tutulduğu qaydada əlaqədar  qurumların müəyyən edilməsi, razılaşdırılmış Əsasnamə Layihəsinin hazırlanması, əlaqədar qurumların iştirakı ilə tənzimləyici  ictimai bir  qurumun formalaşması prosesinə start verilməsinin zəruriliyi qeyd edilib

AİF
www.aif.az
492-44-44

Posted in Fəaliyyət.


One Response

Stay in touch with the conversation, subscribe to the RSS feed for comments on this post.

  1. Elmar says

    Salam, sizin toplantilarinizda ishtirak elemek ucun hara ve kime muraciet etmek lazimdir?
    Hormetle Elmar



Some HTML is OK

or, reply to this post via trackback.